XİN-dən Eynulla Fətullayevin saytına sərt xəbərdarlıqbackend

XİN-dən Eynulla Fətullayevin saytına sərt xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğunun arxivinin yandırılması haqqında getmiş məlumata münasibət bildirərkən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Mətbuat katibi bu “marağ”ı şəxsi qərəz, böhtan, qarayaxma və hətta jurnalist etikasından kənar təhqir halları kimi qiymətləndirib:

““Haqqın.az” internet portalında Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş konsulluğunda guya yanğının baş verməsi və maliyyə sənədlərinin yandırılması haqqında verilmiş məlumat da bu sıradan olaraq, həqiqətdən tamamilə kənardır.

Bildiyiniz kimi, bütün dövlət orqanlarında, o cümlədən diplomatik nümayəndəliklərdə kargüzarlıq Azərbaycan Respublikası Prezidentinın müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq aparılmalıdır.

Müvəqqəti saxlama müddəti başa çatmış sənədlərin məhvi ilə əlaqədar təlimatda deyilir: “Təşkilatda olan sənədlər qanunvericiliklə müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir. Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin təsdiq etdiyi akt üzrə məhv edilir”.

Baş Konsulluqda da həmin təlimata uyğun olaraq, arxivə təhvil verilməli olmayan, müvəqqəti saxlanma müddəti bitmiş, kifayət qədər böyük yer tutan və maliyyə sənədi olmayan sənədləri müvafiq akt tərtib edilməklə məhv edilmişdir”.

Hikmət Hacıyev vurğulayıb ki, ölkədə təmin olunmuş ifadə ve mətbuat azadlığından sui-istifadə olunmamalıdır:

“Peşəkar jurnalizm prinsiplərinə uyğun olaraq məlumat verilməmişdən əvvəl yoxlanılmalıdır. Daha bir misal, bundan bir qədər əvvəl Azərbaycanın Livandakı səfirliyinin ünvanı haqqında da yanlış məlumat verilmişdir. “Yellow pages” kimi mənbədən götürülən məlumat sanki həqiqət kimi təqdim olunurdu.

Bir daha qeyd etmək istərdik ki, hər hansı bir materialın hazırlanması zamanı özünə hörmət edən və özünü peşəkar adlandıran jurnalist ciddi mənbələrə müraciət etməli və ehtiyac duyularsa, məlumati XIN ilə dəqiqləşdirilməlidir.

Azərbaycan jurnalistikasının şərəfli adına xələl gətirən böhtan və təhqir kimi elementlərə son qoyulmalıdır”.

Qeyd edək ki, haqqın.az saytına tanınmış jurnalist Eynulla Fətullayev rəhbərlik edir.

İnterpress.az