Azərbaycandakı məscidlərin sayı qədər xaricdə dini təhsil alan azərbaycanlı varbackend

Azərbaycandakı məscidlərin sayı qədər xaricdə dini təhsil alan azərbaycanlı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda 3000 məscid olduğu halda, xaricdə dini təhsil alanların sayı 2166 nəfərdir.

Qanunla xaricdə dini təhsil almağın qadağan olmadığını deyən G.İsmayılov əlavə edib ki, xaricdə dini təhsil alanların böyük hissəsinin ölkənin ali məktəblərinin də diplomları var: \”Xaricdə dini təhsil almaq məsələsini önə çəkdikdə, onlar ölkədəki təhsillə bağlı aldıqları diplomlarını ortaya qoyurlar. Xaricdə təhsillə bağlı məhdudiyyət yoxdur. Amma hər bir xalqın özünəməxsus xüsusiyyətləri, adət-ənənələri olur. Xaricdə dini təhsil alanlar həmin müddətdə oradakı həyat tərzini də mənimsəyirlər. Onlar Azərbaycanda fəaliyyətə başlayarkən təhsil aldıqları ölkələrin bizim üçün yad olan həyat tərzini də burada təbliğ etmiş olurlar. Bu da cəmiyyətdə ciddi problemlər yaradır\”.

İnterpress.az