İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İİV Xəstəlikləri Araşdırma Mərkəzinin Direktoru Mino Mehrz açıqlama verib.
Onun dediyinə görə,İran Səhiyyə Nazirliyi,İİV xəstələrinin adını açıqlamır və nazirliyin statistikasına görə İranda qadınların bu xəstəliyə yoluxma halı 10 dəfə artıb.
Mino xanımın noyabr ayının 10 -da “Arman” qəzetinə verdiyi müsahibədə:”İranda İİV xəstəliyi narkotik vasitələrdən istifadə etməklə və cinsi əlaqə yolu ilə yayılır.” Dedi.
Mino xanım daha sonra qeyd edir ki, keçmişdə bu xəstəliyin İranda yayılmasına əsas səbəb narkotik vasitələrdən istifadə etmə halları idi.İİV-ə yolxmuş İran vətəndaşların 96 faizini kişilər təşkil edirdi.Amma indi kişilər 81,qadınlar isə 18 faiz təşkil edirlər.
Mərkəzin direktoro, “Bu amillər İranda ana bətnində İİV xəstəliyinə yoluxaraq doğulan körpələrin sayına təsir edir və bu cəmiyyətimizə həyəcan siqnalıdır” dedi.
Mino xanım daha sonra, “Rəsmi statistikaya görə,İranda 30 min İİV xəstəsi var. Amma dəqiq olan son məlumat, bizə bu xəstələrin sayını 90 mindən çox olduğunu deməyə əsas verir”dedi.
Interpress.az