Qalib Salahzadə əlilliyi olan gəncə yardım etmədi-FOTOLARbackend

Qalib Salahzadə əlilliyi olan gəncə yardım etmədi-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələn, ən son istifadəyə verilən avtobuslarda əlilliyi olanlar üçün ayrıca yer olsa da dayanacaqlarımızda əlil arabasının avtobusa yaxınlaşması üçün xüsusi yerlər nəzərdə tutulmayıb. Bu barədə Milli Məclisdə hər hansı bir məsələ müazkirə edilibmi? Bunu dəqiq bilmirik. Dəqiq olanı odur ki, ortada nəticə yoxdur. Bir də dəqiq olanı odur ki, Milli Məclisin düz 10 il deputatı olan Qalib Salahzadə əlilliyi olan gəncin çağırışını cavabsız qoydu.
İnterpress.az-ın 2015-ci il 24 noyabr tarixində yayımladığı “Qalib Salahzadə, yaxşı kişi səxavətli olar… əlini uzat” başlıqlı yazıdan sonra əməkdaşımızın etdiyi zəngə etinasız yanaşan sabiq deputat “Sizə zəng ediləcək” vədini versə də bu zəngi 22 yaşlı Orxan İmaməliyev də onun gözüyaşlı anası da çox gözlədi. Amma 27 dəfə həc ziyarətində olan Qalib Salahzadə vədinə əməl etmədi. Odur ki, İnterpress.az saytı olaraq müqəddəs kitabımız Qurani-Kərimdə əhd barəsində deyilən müqəddəs kəlamları sabiq deputatın yadına salmağı özümüzə borc bildik: “Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (Qiyamət Günü) cavabdehdir.
(İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)” ( İsra, 34)”.

Abuzər

P.S
Adıçəkilən yazını aşağıdakı linkdə təqdim edirik:

Keçid üçün daxil olun

İnterpress.az