Nardarandakı atışmada ölənlərin harada saxlanması ilə bağlı yeni iddia – FOTOLARbackend

Nardarandakı atışmada ölənlərin harada saxlanması ilə bağlı yeni iddia – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, öldürülən 5 nəfərdən 3-ü Nardaran sakinidir. Onlar Əkbər Babayev, Rafael və Fərail Bünyatov qardaşlarıdır. Ölənlərin yaxınları və ailə üzvləri cənazələri görməyib. Lakin bəzi mətbuat orqanları meyitlərin Nardarana gətirildiyini və hətta dəfn edildiyini iddia edib.

Musavat.com cənazələrin harada olması ilə bağlı yeni məlumat əldə edib. Məlumatda iddia edilir ki, hazırda öldürülənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindədir.

Şöbə silahlı polis əməkdaşları tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır.

Meyitlərin harada olması ilə bağlı rəsmi məlumat verilmədiyindən bu məsələ haqda suallar cavabsız qalır.

Nardarandakı atışmada ölənlərin harada saxlanması ilə bağlı yeni iddia - FOTOLAR
Nardarandakı atışmada ölənlərin harada saxlanması ilə bağlı yeni iddia - FOTOLAR
Nardarandakı atışmada ölənlərin harada saxlanması ilə bağlı yeni iddia - FOTOLAR

İnterpress.az