Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb – 9 kəndlə əlaqə kəsilibbackend

Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb – 9 kəndlə əlaqə kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress RTV-yə (Region TV) istinadən xəbər verir ki, güclü yağan qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub. Bununla əlaqədar, həmin istiqamətdə 9 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Qubadakı 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyirlər. Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqununun olma ehtimalı var.

Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Quba rayonu ərazisində ən çox qar Xınalığa yağıb. Burada qarın hündürlüyü 59 santimetrə çatır. Dağətəyi ərazilərdə isə qarın hündürlüyü 15-16 santimetrdir. Qar yağmaqda davam edir.

Qarın yağması ilə əlaqədar temperatur dağlıq ərazilərdə mənfi 10 dərəcə təşkil edir.

İnterpress.az