Moskvada biznesmenləri oğurlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulubbackend

Moskvada biznesmenləri oğurlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Rusiya DİN Baş İstintaq İdarəsinin saytına istinadən verdiyi məlumata görə, onlar sonuncu belə əməli noyabrın 20-də törədiblər. Moskva sahibkarlarından birini oğurlamağa çalışsalar da, buna nail ola bilməyiblər.

Hadisədən 6 gün sonra isə saxlanılıblar. Yaşadıqları ünvanda axtarış zamanı soyuq silah və noyabrın 20-də hadisə yerindən qaçdıqları avtomobil aşkarlanıb.

Məlum olub ki, onlardan biri daha əvvəl Azərbaycanda qətl hadisəsi törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda həmin şəxslərin daha hansı cinayətlər törətdiyi araşdırılır.

İnterpress.az