Şerko Cövdət: Neft  İŞİD-dən yox, Şimali Kürdüstandan alınırbackend

Şerko Cövdət: Neft İŞİD-dən yox, Şimali Kürdüstandan alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiya müdafiə nazirliyinin kosmosdan çəkdiyi fotolar İraqın şimalındakı muxtar bölgəyə aid neft daşıyan TIR-lardır. Bunu Şimali İraq Kürdüstan muxtar bölgəsinin neft-qaz komissiyasının sədri Şerko Cövdət bildirib.

Onun sözlərinə görə, bu bölgədən boru və tankerlərlə nəql edilən neft Türkiyənin Ceyhan limanına, oradan isə dünya bazarına çıxarılır. Komissiya sədri bunu dəfələrlə bəyan etdiklərini söyləyib:
\”Gündə Türkiyəyə yüzlərlə tanker yola salırıq. Bu gizli bir iş deyil\”.

Rusiya Türkiyənin İŞİD-lə neft alveri etdiyini, bu yanacağı daşıyan tankerlərin kosmosdan fotosunu çəkdiyini iddia edir.

İnterpress.az