Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterpress-ə verilən məlumata görə, Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan tədbir dekabrın 11-dək davam edəcək.
Kino Günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər”, “Mirvari” bədii filmləri tamaşaçılara təqdim olunacaq.
Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.
İnterpress.az