Hindistanda baş verən yol qəzasında 18 nəfər ölüb, 16 nəfər xəsarət alıbbackend

Hindistanda baş verən yol qəzasında 18 nəfər ölüb, 16 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RİA “Novosti” agentliyinin xəbərinə görə, Hindistanın Racastrxan əyalətində pikap tipli avtomobil yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Nəticədə 11-i qadın olmaqla 14 nəfər yerindəcə ölüb, daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.

Pikapda olan fəhlələr növbədən evə qayıdırmış.

Qəzanın səbəbləri dəqiqləşdirilir.(apa)

İnterpress.az