Sürücü yol polisini məhkəmədə uddu, amma… – FOTObackend

Sürücü yol polisini məhkəmədə uddu, amma… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bu il sentyabrın 8-də Göyçayın Şahsoltanlı kəndi ərazisində saat 21 radələrində idarə etdiyim 90 GX 527 nömrəli \”VAZ-2107\” markalı avtomobillə hərəkət etdiyim vaxt üç baş camış qarşıma çıxdı. Ara məsafəsi yaxın olduğundan onları vurdum. İşi araşdıran Baş Dövlət Yol Polis İdarəsinin 4-cü tağımının baş təhqiqatçısı Azad Hacıyev mal sahiblərindən rüşvət alaraq işi ört-basdır etdi. Barələrində heç bir inzibati protokol tərtib etmədi. Mənə yekun qərar verdi ki, məhkəməyə müraciət edim.

Məhkəməyə müraciət edən zaman məlum oldu ki, Azad Hacıyev mal yiyələri barədə inzibati protokol tərtib etmədiyinə görə iddia qaldıra bilmərəm. Halbuki, həmin hadisə zamanı əmlakıma 3500 manat ziyan dəymişdi, özüm xəsarət almışdım. Dekabrın 3-də Azad Hacıyev barəsində Göyçay rayon Məhkəməsində qaldırdığım iddiaya əsasən, iclas oldu. Hakim Azad Hacıyevin qərarını rədd etdi və onu saxtakarlıqda günahlandırdı\”.

A.Babayev yazır ki, ailəsini dolandırmaq üçün yeganə qazac vasitəsi avtomobili olub. Həmin avtomobil də yarasız vəziyyətə düşdüyündən 4 aydır pul qazana bilmir.

A.Hacıyev criminal.az-a açıqlamasında bildirdi ki, şikayətçinin dedikləri böhtandır. Şikayətçinin marağı olub ki, günahı mal sahiblərinin üzərinə qoysun. Ancaq \”Yol Hərəkəti haqqında\” qanuna görə, mal sahibi evdədirsə, o məsuliyət daşımır. Qəza baş verən an, mal yola çıxan zaman sahibi malın yanında olmayıb. Təhqiqatçının sözlərinə görə, məhkəmə yekun qərarını ləğv edib təkrar təhqiqata qaytarıb. İş yenidən araşdırılacaq. Təhqiqatçı əminliklə bildirdi ki, işə düz baxıb və yenidən araşdırılandan sonra onun qərarının eynisi veriləcək.

Interpress.az

Sürücü yol polisini məhkəmədə uddu, amma... - FOTO

Sürücü yol polisini məhkəmədə uddu, amma... - FOTO

Sürücü yol polisini məhkəmədə uddu, amma... - FOTO