Bu barədə Qazaxıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
”Regionda çətin meteovəziyyət hələ də davam edir. Buna baxmayaraq, Sahil Mühafizə Xidmətinin rəisi tərəfindən olduqları ərazilərdə vəziyyətə gücləndirilmiş nəzarət və müşahidə həyata keçirməklə bağlı kater və gəmilərə tapşırıq verilib. Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək və lazımi yardım göstəriləcək”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.
Interpress.az