Əli Əkbər Vilayəti:“Bəşər Əsədin qorunması İranın qırmızı xəttidir”backend

Əli Əkbər Vilayəti:“Bəşər Əsədin qorunması İranın qırmızı xəttidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, İranın həm siyasi, həm də hərbi cəhətdən Bəşər Əsəd rejiminə dəstək verdiyini bildirən Əli Əkbər Vilayəti deyib ki, rəsmi Tehran Suriya məsələsində heç vaxt Amerika ilə razılığa gələ bilməyəcək: “Bəşər Əsəd və onun hökumətinin qorunması İran İslam Respublikasının qırmızı xətti sayılır. Bu gün Suriyada kiçik bir dünya müharibəsi gedir. Dünyanın bütün fövqəldövlətləri hazırda Suriyada gedən proseslərdə iştirak edir. Elə buna görə də, əgər İran İslam Respublikasının yardımı olmasaydı, Suriya hökuməti çoxdan devrilmişdi.

Hesab edirik ki, Suriya xalqı taleyini özü təyin etməli, bu barədə özü qərar verməlidir. Suriya sərhədlərindən kənarda heç kəs Suriya xalqının taleyini müəyyənləşdirə bilməz. Ruslar, Suriyada öz fəaliyyətlərini İranla koordinasiya etmək niyyətindədirlər. Bizim bəzən ruslarla bəzi məsələlərdə fikir ayrılığımız olub. Lakin iki ölkə arasında danışıqlardan sonra bu ixtilaflar aradan qaldırılıb və ölkələrimiz ortaq bir məxrəcə gələrək eyni mövqedən çıxış ediblər.

Suriya hökuməti legitim bir hökumətdir. Suriya prezidenti Bəşər Əsəd Rusiyadan və İrandan rəsmi şəkildə yardım istəyib. Biz isə beynəlxalq qanunlara uyğun olaraq ona yardım edirik. Aydın məsələdir ki, qanuni hökuməti olan hər bir ölkə digər ölkələrdən yardım istəyə bilər və ya onların hərbi qüvvələrini yardım üçün öz torpağına dəvət edə bilər”.

İnterpress.az