İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan türkcəsi, fars, ingilis və alman dillərində yayılan bəyanatı İrandakı türk ziyalıları, dinc fəallar, tələbələr, jurnalistlər, yazıçı və şairlər imzalayıb. Bəyanatın tam mətni belədir:
“Ulu tanrının adı ilə.
Bildiyimiz kimi Suriya türkmənləri, uzun zamanlardan bəri bu ölkənin Hələb Qamışlı,Mürşüdpinar, Bayırbucaq və sair torpaqlarında yaşamışlar. Qaraqoyunlu dönəmində daha da güclənən türkmən etniyi, türk kültür və mədəniyyətinin bir parçası olaraq, öz milli varlığını bu günə qədər qoruyub saxlamışdır.
Vaxtilə Osmanlı imperiyasının tərkib hissəsi olan türkmənlər, Suriya dövləti qurulan zamandan bəri milli zülmə məruz qalmışdır. Son zamanlar Suriyada vətəndaş müharibəsi başlandığı andan, kürd, İŞİD (Daiş) və Əsəd qüvvələri tərəfindən təhlükə ilə üzləşən türkmənlər, torpaq işğalına və etnik soyqırımına məruz qalmışdır.
Rusiya silahlı qüvvələrinin məsələyə müdaxiləsindən sonra türkmənlərə qarşı yaşanan faciə daha da dərinləşmişdir. İŞİD-i beşiyində boğmaq bəhanəsi ilə Bayırbucaqda yaşayan türkmənləri bombardıman edən Rusiya qırıcıları, heç kəsə rəhm etmədən, dinc əhalini, o cümlədən qadın və uşaqları, yaşlı və dinc əhalini vəhşicəsinə qətlə yetirməkdədir.
Bayırbucaqın yerləşdiyi bölgənin stratej baxımdan nə qədər əhəmiyyətli bir yer olduğunu nəzərə alaraq, bu yerləri öz əhalisindən boşaltdırıb işğal etməkdə məqsəd, türk etniyini silmək, həmin ərazilərə hansısa digər bir etnik və ya qurumu yerləşdirmək və gələcəkdə öz maraqlarına uyğun bir etnik-siyasi və iqtisadi-enerji bölgəsini yaratmaqdır.
Biz Güney Azərbaycan türkləri və İranda yaşayan türklər, istər insani baxımdan istərsə də etnik və dini baxımdan Suriya türkmənlərinə qarşı divan tutulmasını və onların soyqırıma məruz qoyulmasını qətiyyətlə pisləyir, Dağlıq Qarabağ, Krım, Kərkük (türkman eli) və Doğu Türküstanda (Sincan) olduğu kimi, Bayırbucaqda baş verən türk qırğınına etirazımızı bildirir, bütün sülhsevər insanları bu kampaniyaya qatılmağa dəvət edirik”.

İnterpress.az