Ərdəbil zindanında Murtaza Pərvinin səhhəti ağırlaşıbbackend

Ərdəbil zindanında Murtaza Pərvinin səhhəti ağırlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, noyabrın 9-da fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəalın, sağlamlıq vəziyyətinin ağırlaşdığı bildirilir. Məlumata görə, noyabrın 5-də M.Pərvinin diş nahiyyəsində infeksiya əmələ gəlib və iltihab onun bütün sifətini bürüyüb. Zindan məsulları isə məsuliyyətdən yayınır və ağrılardan əziyyət çəkən fəalın vəziyyətinə təmami ilə laqeyd yanaşır.

Fəalın ailə üzvləri onun durumu ilə bağlı öz nigaranlıqlarını bildiriblər.

Xatırladaq ki, Güney Azərbaycanda fars irqçiliyinə qarşı etiraz aksiyalarının son dalğasında ən azı 130 nəfər tutulub. Fəalların əksəriyyəti mülki vəsiqə qarşılığında sərbəst buraxılsa da, onlardan bəziləri hələ də təcridxanalarda qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Interpress.az