“Qəza SOCAR-ın investisiya reytinqini aşağı salacaq” – Ekspertbackend

“Qəza SOCAR-ın investisiya reytinqini aşağı salacaq” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza Azəbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilən reytinqinə təsirsiz ötüşməyəcək:
“ARDNŞ-nin reytinqinin pisləşməsi onun kredit cəlb etmə imkanlarını məhdudlaşdıracaq, maliyyə durumuna və investisiya öhdəliklərinə mənfi təsir göstərəcək”.

Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə yanğın baş verib. Yanğın zamanı 63 nəfərin xidmətdə olduğu bildirilib. Onlardan 33 nəfər xilas edilib, 1 nəfər həlak olub. 29 nəfər isə itkin düşmüş sayılır. İtkin düşənlərdən 6 nəfərin cəsədi tapılıb.(aznews)

Interpress.az