Azərbaycan prezidenti yeni sərəncam imzalayıbbackend

Azərbaycan prezidenti yeni sərəncam imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sənəddə deyilir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndiriləcək, Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti isə dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin edəcəklər”, sənəddə deyilir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb və 2002-ci il mayın 21-də qüvvəyə minib.

Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir.

Dəhlizin katibliyi Tehran şəhərində yerləşir.

Sonralar “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Oman, Suriya və Ermənistan da qoşulub.

Azərbaycan 2005-ci il sentyabrın 20-də \”Şimal-Cənub\” beynəlxalq nəqliyyat dəhlizi haqqında\” sazişə qoşulub.

Dəhlizin marşrutları

Dəhliz üzrə əsas daşımalar Rusiya ərazisində Buslovskaya – Sankt-Peterburq – Moskva – Ryazan – Koçetovka – Rtişevo – Saratov – Volqoqrad – Həştərxan istiqamətində dəmir yolu ilə buradan isə İrana qədər 3 əsas marşrut üzrə həyata keçirilir.

1. Transxəzər marşrutu: Rusiya tərəfində marşrut Həştərxan, Olya və Mahaçqala, İran tərəfində isə Ənzəli, Əmirabad və Nouşəhr imanlarından keçir.

2. Şərq marşrutu: Qazaxıstan və Türkmənistandan keçməklə birbaşa dəmir yolu ilə İrana keçir.

3. Qərb marşrutu: Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir.

Hər üç marşrut İran ərazisi ilə davam edərək Fars körfəzinə və Hindistana qədər uzanır.

Azərbaycan ərazisində görüləcək işlər

Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi məqsədilə Astara stansiyasından İran sərhədinə qədər 8,3 km yeni dəmir yolu xəttinin, burada hər biri 1050 m olan 4 əlavə stansiya yollarının, Astara (Azərbaycan) – Astara (İran) sahəsində yeni dəmir yolu, avtomobil və piyada körpülərinin tikintisi nəzərə tutulur.

Azərbaycan prezidenti yeni sərəncam imzalayıb

İnterpress.az