Türkiyə BMT-də müzakirə ediləcəkbackend

Türkiyə BMT-də müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın, 24 noyabrda bir Rus qırıcısının Türkiyə tərəfindən vurulması faktının BMT Təhlükəsizlik Şurasında müzakirəsi üçün tələb irəli sürdüyü bildirilib. Beynəlxalq xəbər agentliklərinin BMT Təhlükəsizlik Şurası diplomatik dairələrinə əsaslandırdığı xəbərə görə Türkiyənin Suriya və İraqdakı hərbi fəaliyyətlərini məzmun alacaq iclas çərşənbə axşamı gecəsi bağlı qapılar arxasında reallaşacaq. \”AP\” agentliyinə danışan diplomat, Rusiyanın iclasda nə deyəcəyi ilə bağlı detal vermədiyini bildirib.
Məsələnin, 15 üzvlü BMT Təhlükəsizlik Şurasının başqa məsələlər də müzakirə edəcəyi toplantının ardından müzakirə edilməsi gözlənilir. Sessiya bu ay Təhlükəsizlik Şurasına rəhbərlik edən ABŞ idarə edəcək.

Rusiyadan başqa İraq da Türkiyənin Mosula göndərdiyi qoşunlarla bağlı olaraq Türk əsgərlərinin geri çəkilməməsi halında məsələni BMT Təhlükəsizlik Şurasına çıxaracağı ilə təhdid etmişdi. İraq Baş Naziri Heydər əl-Abadi əsgərlərini geri çəkməsi üçün Türkiyəyə tanıdığı müddət çərşənbə axşamı bitir.
Ankara, Türk hərbi birləşmələrinin beynəlxalq təlim proqramı çərçivəsində İraqın şimalına göndərildiyini qeyd edərkən, İraq hökuməti qoşunların Bağdadın icazəsi olmadan göndərildiyini iddia edir.

Interpress.az