Bu barədə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Musayev məlumat verib:
“Bizim göndərdiyimiz məktub Dilqəmə çatdırılıb. Onun məktubu isə bizə hələ verilməyib. Komitədən girovların vəziyyətinin yaxşı olduğu bildirilib. Dedilər ki, Dilqəmin səhhəti yaxşıdır, özünü normal hiss edir”.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.(azvision)
Interpress.az