Interpress.az İran mətbuatına istinadən xəbər verir ki, İranda 137 İranlı rejissor İran Ali Məhkəməsinə bir məktubla müraciət edərək, 6 il həbs və 224 şallaq cəzasına məhkum edilən kinorejissor Keyvan Kərimiyə bəraət verilməsini istədilər.
İran incəsənət xadimlərinin müraciəti cavabsız qaldı.
Verilən xəbərə əsasən, Keyvan Kərimi çəkdiyi “Şəhərə yazmaq” filmində İslam müqəddəsatını təhqir etmə və siyasi çağırışlar səsləndirmək ittihamı ilə İran İslam İnqilabı Məhkəməsi tərəfindən mühakimə edilərək, barəsində 30 ildən 6 ilə qədər həbs və 224 şallaq vurma cəzası tələb edildi.
Filmdə gənclərin Tehran küçələrindəki divarlara siyasi şüarlar yazdığı kadırlar öz əksini tapıb.
Rejissor Kərimi hazırda azadlıqdadır. Çünki, məhkəmə prossesi mərhələli şəkildə davam edir. Gələn həftə onun apelliyasiya məhkəməsinə etdiyi müraciətə baxılacaq.
Xatırladaq ki, İranın Apelliyasiya Məhkəməsi də, Kərimi barəsində həbs və şallaq cəzası hökmünü verdi.
İranlı incəsənət xadimləri və rejissorlar öz müraciətlərində, Kərimi haqqında verilən məhkəmə qərarının ədalətsiz və qərəzli olduğunu düşünür və apelliyasiya məhkəməsində ədalətin qələbə çalacağına inadıqlarını ifadə etdilər.
İnterpress.az