Dövlət qurumlarına həyəcan siqnalı: Sabah dənizdə fırtına gözlənilirbackend

Dövlət qurumlarına həyəcan siqnalı: Sabah dənizdə fırtına gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 5-7, gündüz 7-9, dərəcə isti olacaq. Dekabrın 9-da Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Bu məlumat Xəzər dənizindəki neft yataqlarında təhlükəsizlik problemini yenidən gündəmə gətirib. Xatırladaq ki, dekabrın 4-də “Günəşli” neft yatağının 10 saylı dərin özülündə baş vermiş qəzadan iki gün əvvəl tufan gözlənməsi barədə aidiyyatı orqanlar məlumatlandırılıb. Lakin vaxtında və yetərincə təhlükəsizlik tədbirlərinin görülməməsi faciəyə səbəb olub. Dekabrın 9-da hava şəraitinin pisləşməsi ilə bağlı bu dəfə də Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və digər qurumlar məlumatlandırılıb. Təhlükəsizlik tədbirlərinin hansı səviyyədə həyata keçirilməsi barədə Cebhe. info-nun suallarını cavabında FHN-in ictimaiyyətlə əlaqələr şəbəsinin müdiri Oqtay Bayramov hava şəraitinin dəyişəcəyinə dair məlumat aldıqlarını bildirib: “Neft yataqlarının təhlükəsizliyini Azərbaycan Dövlət Neft Şirkəti həyata keçirir. Fövqəladə Hallar Nazirliyi isə qəza halları baş verdikdə xilasetmə işlərini və qəzanın nəticələrinin ardan qaldırılması ilə bağlı tədbirlər görür. Biz dekabrın 9-da hava şəraitinin pisləşəcəyi haqda məlumat almışıq. Hazırda neft yataqlarının yanında Fövqəladə Hallar Nazirliyinin üç gəmisi keşik çəkir. Dekabrın 5-də baş vermiş qəza zamanı da bizim gəmilər orada olub”. Azneft İstehsalat Birliyinin qaynar xətti ilə əlaqə saxlasaq da suala cavab verməkdən yayınıblar.(cebhe.info)

Interpress.az