“Mən Tahir Kərimov kimi icra başçısını işindən çıxarardım”backend

“Mən Tahir Kərimov kimi icra başçısını işindən çıxarardım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a açıqlama verən sabiq millət vəkili Lalə Abbasova Salyan rayonu icra başçısı Tahir Kərimovun sosal şəbəkələrdə yayılan məlum şəkilini sadəcə özbaşınalıq və psixoloji problem adlandırdı: “İcra başçıları təyin olunandan sonra özlərini padişah kimi görməyə başlayırlar. Bunun psixoloji problem yoxsa özbaşınalıq olduğunu ayıra bilmirəm. Guya bu gənclər bu icra başçsını bu qədər istəyirlər ki, onun qarşısında gül tuturlar? Qətiyyən. Bu sevgidən, hörmətdən irəli gəlmir. Bu biabırçılığı icra başçısı yardıb. Adamların bu qədər şüurunu itirməsi əslində qorxulu haldır. Millət vəkili də olanda həmişə deyirdim ki, hər bir məmur dövlətə qulluq etməldir”.

Daha sonra ölkədə baş verən son xoşagəlməz olaylara diqqət çəkən sabiq millət vəkili bu halların baş verməsinin səbəbini də məmurların pulunun çoxluğu ilə izah etdi: “Əslində bu adamlar pulun çoxluğundan ağıllarını itiriblər. Harınlqıdan bu admalar özlərini, insanlıqlarını itirib başqa bir canlıya çevirilirlər. Mən Tahir Kərimov kimi işçini işdən çıxarardım”.
Abuzər