Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq.
Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir.(apa)
İnterpress.az