“Telefonda Zaurun və yoldaşlarının qışqırığı eşidilirdi”backend

“Telefonda Zaurun və yoldaşlarının qışqırığı eşidilirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

40 yaşlı Zaur ayın 15 gününü dənizdə işləyib.

Zaur Həsənovun 15 günlük iş növbəsi dekabrın 6-da bitəcəkmiş. Zaurun həyat yoldaşı, ata-anası, övladları hələ də şad xəbər eşidəcəklərinə ümid etdiklərini, onun möcüzə nəticəsində sağ qalaraq evə dönəcəyi ümidi ilə yaşadıqlarını bildiriblər.

Onlar dənizdə hadisə baş verən zaman Zaurla tez-tez əlaqə saxladıqlarını deyiblər. Üç övladı olan Zaura qəza anında əvvəlcə həyat yoldaşına, sonra atası və qardaşına zəng edib. Həyat yoldaşına deyib ki, yanğın baş verib. Bir saatdan sonra atası Vahid Həsənov oğlu ilə əlaqə saxladıqda, o, iş yoldaşları ilə birgə xilasedici qayığa mindiklərini, yer darısqal olduğu üçün danışa bilmədiyini və telefonun enerjisinin tükəndiyini deyib: “Dedi ki, ata, burada yanğın baş verib, xilas olmağa çalışırıq, məndən narahat olmayın. Telefonda Zaur və yanındakı yoldaşlarının qışqırıq səsləri eşidilirdi. Onlar “Ay Allah bizə kömək ol”, deyirdilər”.

Zaurun qardaşı Müşfiq isə eyni vaxtda 8-ci özüldə işdə olub. O da sonra qardaşı ilə əlaqə saxlaya bilməyib, telefonuna zəng çatmayıb: “Mən də həmin vaxt dənizdə işdə olmuşam, 8-ci özüldə idim. Çox güclü külək var idi dənizdə. Görünməmiş hadisə idi. Heç bir texnika ilə kömək eləmək mümkün deyildi. Fəlakət, külək qardaşımı da apardı”.

Ailə üzvləri deyib ki, Zaur yaşasaydı dekabrın 16-da böyük oğlunun, dekabrın 24-də isə özünün ad gününü qeyd edəcəkmiş.

İnterpress.az