İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, Qərbi İordanda bəzi evlərdə keçirilən reydlər nəticəsində \”zorakılıq hadisələrinə qarışdıqları\” səbəbilə 21 Fələstinlinin nəzarətə alındığı bildirildi.
Açıqlamada, nəzarətə alınan şəxslər haqqında cinayət işi açılacağı ifadə edildi.
İsrail qüvvələri, Qərbi İordan və Qüdsdə Fələstinlilərin evlərinə tez-tez basqınlar təşkil edərək müxtəlif ittihamlarla həbslər həyata keçirir.
İnterpress.az