“Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin qərarını ləğv etməlidir“ – Hüquqşünasbackend

“Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin qərarını ləğv etməlidir“ – Hüquqşünas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peyvənd olunmayan şəxslərə tətbiq olunmuş məhdudiyyətlər, onların sosial xidmətlərə çıxışlarına qoyulmuş qadağalar ölkə Konstitusiyasına ziddir”.bu sözləri Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib.

“Onlarla şəxs bu məsələ üzrə hüquqi məsləhət almaq üçün mənə müraciət edib, ona görə məsələyə münasibət bildirirəm. Bəri başdan deyim ki, mən və əks göstəricisi olmayan ailə üzvlərimin hamısı peyvənd olunub. Bir fərd olaraq hesab edirəm ki, əks göstəricisi olmayan hər bir kəs peyvənd olunmalıdır. Çünki qohumum, yaxınım olan, ya sadəcə tanıdığım onlarla şəxs virusa yoluxub, ağır müalicə proseduru keçib, bəziləri hətta vəfat ediblər. Lakin hüquqşünas olaraq insan haqlarını pozan qərarları mənfi qiymətləndirməyə bilmərəm. Əminəm ki, əhalini peyvənd olmağa maraqlandırmaq üçün digər qanuni vasitələr var. Bu ilin əvvəllərində Avropa Şurasının Parlament Assambleyası aşağıdakı 2361 saylı qətnaməni qəbul edib və səsvermədə bizim ölkənin nümayəndələri də, yəqin ki, iştirak ediblər. Lakin təəssüf ki, qətnamə hələ bizim dilə tərcümə olunmayıb. Bu qətnamə hazırda ölkəmizdə tətbiq olunmuş məhdudiyyət və qadağalardan şikayətləri gələcəkdə Avropa Məhkəməsində şanslı edir. İndi Konstitusiya Məhkəməsinə hünər arzulayıram ki, bu məhdudiyyət və qadağaları tətbiq etmiş Nazirlər Kabinetinin qərarını ləğv etsin”,-deyə hüquqşünas əlavə edib.

Əsabəli Mustafayev son olaraq xahiş edib ki, dedikləri antipeyvənd çıxış kimi qəbul olunmasın. Bu, sadəcə qanunun aliliyi məsələsidir.