“Dünya Mətbuatından Özətlər”-də bu gün nələr var?backend

“Dünya Mətbuatından Özətlər”-də bu gün nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“azertag.az”. Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev Çində dövlət səfərindədir

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.
Sian şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını şəhərin rəsmi şəxsləri qarşıladılar.

“turkiyehaberajansi.com”. Türkiyə

Dövlət Bağçalı Qrup Toplantısında çıxış etdi

MHP-nin lideri Dövlət Bağçalı partiyasının TBMM qrup toplantısında çıxış etdi.

MHP-nin sədri Dövlət Bağçalı qrup toplantısında açıqlamalar verdi. Prezidentlik sisteminə qarşı çıxan Bağçalı \”Türkiyənin əsas gündəmi prezidentlik deyil və Ərdoğan da prezidentlik xəyalı görməsin\” – dedi.

“amerikaninsesi.org”. ABŞ

ABŞ Suriya ilə bağlı danışıqların gələn həftə keçiriləcəyinə ümid edir

ABŞ Dövlət katibi Con Kerri Suriyada müharibənin sona çatdırılması ilə bağlı danışıqların gələn həftə keçiriləcəyinə ümid bəslədiyini deyib.
Parisdə BMT-nin Baş katibi Ban Ki Munla görüşdən sonra danışan Con Kerri deyib ki, dekabrın 18-i planlaşdırılmış danışıqların baş tutması gələn həftə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Suriya müxalifəti ilə konfrans da daxil olmaqla bir sıra tədbirlərdən asılı olacaq.

“bbc.com”. İngiltərə

Günəşli yatağı: Yanğın söndürülməyib, itkin düşənlər axtarılır

\”Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın söndürülməyib. Bu barədə Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, yanğının söndürülməsinə əlavə olaraq bir neçə mütəxəssis cəlb olunub.

\”Mütəxəssislər artıq, 10 nömrəli özüldə meydançaya qalxıblar. Yerdə vəziyyəti görüb qərar verməlidirlər ki, növbəti yanğın söndürənin davam etməsi hansı istiqamətdə getməlidir\”, Balamirzə Ağarəhimov deyib.

“sputniknews.com”. Rusiya

Rusiya Türkiyəyə güc nümayiş etdirir

Millət vəkili: Bir müddət sonra, Moskvada anlayacaqlar ki, münasibətləri korlamaq heç onların da işinə yaramır.

Rusiyanın Ermənistan və Suriyadakı hərbi bazalarını gücləndirməsini Sputnik-ə şərh edən millət vəkili Rasim Musabəyov, bunda əsas məqsədin güc nümayişi olduğunu bildirib:
\”Burda əsas məqsəd, Türkiyəyə qarşı güc nümayişidir. Rusiyanın daha da irəli gedəcəyini düşünmürəm. Bir müddət sonra, Moskvada anlayacaqlar ki, münasibətləri korlamaq heç onların da işinə yaramır. Həm də Rusiyada çox yaxşı başa düşürlər ki, Türkiyə qüdrətli dövlətdir və Rusiyadan fərqli olaraq müttəfiqsiz deyil. Türkiyənin yanında nəhəng NATO və ABŞ dayanır\”.

”DW.com”. Alman radiosu

Assanc beş ildir səfirlikdədir

Rüşvətxorluğun, məxfi sənədlərin ifşa edildiyi internet saytı \”Wikileaks\”-in qurucusu Culian Assanc beş ildir ki, Ekvador Səfirliyində qaçqın kimi yaşayır.

\”Wikileaks\” hələ də yaşayır. Gizli sənədlərin ifşa edildiyi internet saytı son olaraq 3 dekabrda ABŞ, Aİ və 22 ölkə arasında gizli sövdələşmələrə dair bir sənəd dərc etdi. Beləliklə, xidmət sektorunda fəaliyyət göstərən TİSA firması ilə sözügedən ölkələrin gizli bir müqavilə imzaladıqları ortaya çıxdı.

“aljazeera.com”. Qətər

Bərzani nə üçün Türkiyəyə gəlir?

Bərzani bu gün Türkiyəyə gəlir. Ankara – Bağdad əlaqələri Zelikan Düşərgəsinə göndərilən əsgərlər üçün gərgindir. Ərbil-Ankara münasibətlərini \”Ortaq təhdid qavrayışları var\” deyə şərh edən Dr. Serhat Erkmen ilə Bərzaninin səfərinin səbəblərini və İraqı danışdıq.

“IRIB Azeri Tabriz Radio”.İran
Ehtimal olunan nüvə cəhətləri işi bağlanır

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Mövcud anlaşmaya əsasən İranı ehtimal olunan nüvə hərbi cəhətləri işi bağlanır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini və Əhatəli Müştərək Təşəbbüs Proqramınnın icrasının izlənilməsi qərargahının rəhbəri Seyid Abbas İraqçı İran və 5+1 qrupunun müştərək komissyasının Vyanada keçirilən iclasından sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasına qətnamənin təqdim olunması və ehtimal olunan nüvə hərbi cəhətləri işinin bağlanması üzrə İran və 5+1 qrupu arasında yaxşı anlaşmanın əldə olunduğunu bildirib və deyib: Bu anlaşmaya əsasən bu məqsəd reallaşacaqdır.

“sana.sy”. Səna Ərəb Xəbər Agentliyi. Suriya

Hilal: Kveyris Hava Limanında Qazanılmış Qələbə Tarixi Bir Qələbədir

Sosialist Ərəb Bəəs Partiyası Milli Katib Müavini Hilal əl Hilal və Bəəs Partiyası Milli İdarə Heyətinin Üzvü Əbdülnasır Şefii və Hələb Valisi Məhəmməd Mərvan Ulebi dünən Kveyris Hava Limanını və Hələb kəndində yerləşən bir sıra hərbi təftiş nöqtəsini ziyarət ediblər.

“rudaw.net”. İraq

TSQ-dən Qəndilə bombardman!

Türk Silahlı Qüvvələrinə məxsus (TSK) döyüş təyyarələrinin bu gecə Qəndil Dağı ətəklərində yerləşən kəndləri bombaladığı bildirildi.

\”Rudaw\” müxbiri Bəxtiyar Kadir, bu gecə saat 22:00 -da TSQ-nə aid döyüş təyyarələrinin Qəndil Dağını bombaladığını bildirib.

Müxbirimiz, döyüş təyyarələrinin Qəndil Dağı ətəklərində yerləşən Levje və Bokrisan kəndlərini hədəf aldığını söylədi.

Muxbirimiz Bəxtiyar Kadir, bombardmanın hələ də davam etdiyini bildirdi.

Hava hücumlarında can itkisi olub olmadığı isə hələ bilinmir.

“CRI turkish.cri.cn”. Çin Beynəlxalq Radiosu. ÇİN

Rus Nazir: Qərbdən gələn sanksiyalara alışdıq

Rusiya Federasiyası İqtisadi İnkişaf Naziri Aleksey Ulyukaev, Rusiyanın iqtisadiyyat və maliyyə sisteminin, Qərbdən gələn sanksiyalara öyrəşdiyini, bu cür sanksiyaların, Rusiya iqtisadiyyatı üzərində yaratdığı təsirin sıfıra bərabər olduğunu deyib.

Ulyukaev bu gün \”Russia 24\” kanalına verdiyi müsahibədə, Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların yaxın perspektivdə bir çox problem yaradacağını, ancaq uzun müddətdə hər sahədə \”idxal yerləşdirmə\” siyasətini həyata keçirən Rusiyanın iqtisadiyyatına müsbət təsir yaradacağını qeyd edib.

“filistinhaber.com”. Fələstin İnformasiya Mərkəzi. Fələstin

Fələstinli Səlahiyyətli: \”Yaxın şərq dördlüyü İsrail tərəfini müdafiə edir\”

Fələstin Qurtuluş Təşkilatı İcra Heyətinin üzvü Vasıl Əbu Yusif, Yaxın Şərq dördlüyünü uğursuzluqla və İsrailin tərəfini saxlamaqla günahlandırdı.

Bu gün etdiyi mətbuat açıqlamasında Əbu Yusif, yarandığı gündən bəri Yaxın Şərq Dördlüyünün işğalçı İsrail tərəfini tutmaqdan və onu müdafiə etməkdən başqa bir şeyə yaramadığını və Fələstin tərəfinə heç bir fayda vermədiyini bildirərək, Fələstinə səfərini ləğv etməsinin isə bir daha Amerika-İsrail tərəfini saxladığını ortaya qoyduğunu söylədi.

“euronews.com”. Fransa

\”Bu ölkənin ordusunda həyatını fəda edən Müsəlmanlar var\”

ABŞ-da prezidentlik üçün yarışan Respublikaçı namizədlərdən Donald Trampın Müsəlmanların ABŞ-a girişinin qadağan edilməsinə dəvət etməsinə öz partiyasından də reaksiyalar gəld.

Dünən işlədilən o sözlər bu partiyanın və daha da əhəmiyyətlisi, bu ölkənin müdafiə etdiyi dəyərlər deyil. Bu ölkənin ordusunda vəzifə alan Müsəlmanlar var. Bu ölkə üçün ölən Müsəlmanlar var. Bu məclisdə konstitusiya qanunları tətbiq edən Müsəlmanlar var.

İnterpress.az