İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə Kaliforniya ştatının San Bernardino şəhərində müsəlman ər-arvadın 14 nəfərin ölümülə nəticələnmiş hücum törətməsindən sonra danışan Tramp, Cənubi Karolina ştatında seçicilərlə görüş zamanı plan təklif edərək, \”müsəlmanların Birləşmiş Ştatlara daxil olmasının tamamilə dayandırılmasına\” çağırıb.
Misirdə nüfuzlu İslam hüququ fondu \”Darül-İfta\”-nın açıqladığı bəyanatda deyilir ki, \”İslam və müsəlmanlara qarşı belə düşmən münasibət səkkiz milyon müsəlmanın da təmsil olunduğu Amerika cəmiyyətində gərginliyin atmasına səbəb olacaq.\”
Əfqanıstan partlamentinin üzvü Kamal Nasa Osoli “Amerikanın Səsi”-nə bildirib ki, o, \”amerikalıların belə bir şəxsə səs verməyəcəyinə inanır\”.
Pakistanın müsəlman din xadimlərindən ibarət qrupu təmsil edən Üləmalar Şurasının prezidenti Tahir Əşrəfi deyib ki, Trampın açıqlamaları nifrət və zorakılığın qızışdırılmasına xidmət edir.
\”Əgər burada bir müsəlman lider desə ki, bu, xiristianlar və müsəlmanlar arasında müharibədir, biz onu qınayarıq. Belə isə nə üçün bir amerikalı bunu deyəndə onu qınamamalıyıq?\” -deyə o “Reuters” agentliyinə bildirib.
Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziyanın Xarici İşlər nazirliyinin sözçüsü Armanata Nasir başqa ölkələrdə seçki kampaniyası ilə bağlı açıqlama verməyəcəyini bildirib, lakin İndoneziyanın terrorizm məsələsində mövqeyini təkrar edib. \”Terror aktının nə hər hansı bir din, ölkə, ya da irqlə heç bir əlaqəsi yoxdur\”-deyə Nasir “Reuters” agentliyinə bildirib.
Banqladeşdə paytaxt Dhakka sakinləri “Amerikanın Səsi”-nə bildirib ki, Trampın dedikləri Amerika dəyərləri ilə bir araya sığmır.
Səudiyyə Ərəbistanında bir “Twitter” istifadəçisi krallığın neft sektorunda çalışan amerikalıları nəzərdə tutaraq yazıb ki, \”belə olan surətdə biz də “Aramco” və başqa neft şirkətlərində işləyən amerikalıları işdən çıxaracağıq\”.
Səudiyyə Ərəbistanında daha bir anonim “Twitter” istifadəçisi isə \”Trampın bir gün Amerikadan bütün müsəlmanların çıxarılmasına çağıracağına inandığını\” yazıb.
Misirin tanınmış “Təhrir News” qəzeti isə “Facebook” sosial şəbəkəsində Donald Trampın müsəlmanlar əleyhinə açıqlamalarının onun Amerikada prezidentlik kampaniyası və reytinqinə mane olub-olmayacağı iə bağlı keçirilmiş rəy sorğusunun nəticələrini dərc edib.
Misirin məşhur satirik yazarı Bassem Yussef isə “Twitter” səhifəsində yazıb:\”Mən bilmirdim ki, Tramp nasist dilində sərbəst danışır\”.
Interpress.az