İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini yarıyadək azaldıbbackend

İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini yarıyadək azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın “Haberterk”ə istinadən xəbərinə görə, İrandan Türkiyəyə gündəlik nəql olunan 28-30 milyon kubmetr təbii qaz 14-15 milyon kubmetrə endirilib.

İran buna səbəb kimi havaların kəskin soyuması ilə əlaqədar daxili tələbatın artmasını göstərib.

Qəzet iddia edir ki, İranın bu addımı Türkiyə və Rusiya arasında yaranan təyyarə qalmalı ilə bağlıdır. İran bu məsələdə Rusiyanı dəstəkləyir. Xəbərdə bildirilir ki, hazırda Tehranda havalar normal keçir. Havanın temperaturu 6-10 dərəcə arasındadır.

Qeyd edək ki, Türkiyə İrandan ildə 6 milyard kubmetr civarında mavi yanacaq alır. Bu da Türkiyənin idxal etdiyi təbii qazın 18 faizidir. Daha əvvəllər də İran daxili tələbatı əsas gətirərək, Türkiyəyə verdiyi qazın həcmini azaltmışdı. Türkiyə bununla bağlı məhkəməyə müraciət etmişdi.

Interpress.az