İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, öyrəncilərdən biri çıxışı zamanı bu sözləri dilə gətirdi: “Birlik və bərabərlikdən danışırsız,amma fars dilini üstün tutursuz. Bizim fəallarımız həbsxanalarda çürüyür. O birlikdən ki, danışırsız, 35 milyonluq millətin əlindən alınıb. Eşit ey İranın prezidenti! Nə biz azəriyik, nə də bizim dilimiz azəri dilidir. Biz Türkoğlu Türkük! Bunun cəriməsi nə olsa ödəyəcəyik.” Tədbirin sonunda univerisitet nümayəndəsi gələrək “bizim birliyimiz islamdır” deyir və bu zaman salondakı tələbələrin hamısı bir ağızdan “Haray, haray Mən Türkəm!” şüarları səsləndirdilər.
Qeyd edək ki, İran təqvimində 16 azər (7 dekabr) bir qrupu İran tələbələri tərəfindən inqilabçı hərəkatın ildönümüdür və bu gün tələbə günü adlandırılıbdır.
İnterpress.az