Qazaxda mərmi partlayıb, 16 yaşlı oğlan yaralanıbbackend

Qazaxda mərmi partlayıb, 16 yaşlı oğlan yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayon Diaqnostika Mərkəzindən verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Valideynlərinin dediyinə görə, T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.(apa)

Interpress.az