Əlaəddin Brucerdi: “Ərdoğan Türkiyənin həm millətinə, həm də dövlətinə ziyan vurur”backend

Əlaəddin Brucerdi: “Ərdoğan Türkiyənin həm millətinə, həm də dövlətinə ziyan vurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, Əlaəddin Brucerdi deyib ki, Ərdoğan düz yolda deyil. Daha sonra Brucerdi: “Təəssüflər olsun ki, Ərdoğan elə bir istiqamətə yönəlib ki, həm Türkiyə millətinə, həm də onun dövlətinə ziyan vurur. İŞİD terrorçularını bombalayan rus qırıcısını vurmaq da Türkiyənin yol verdiyi ən böyük səhvlərdən biri idi. Türkiyə, baş vermiş hadisəyə görə ruslardan bircə üzrxahlıq etməklə bu problemi həll edə bilərdi. Lakin bunu etmədi. Türkiyənin atdığı ikinci səhv addımı da onun İraqa qoşun çəkməsi idi.
Hesab edirəm ki, Ərdoğan Türkiyə üçün daha böyük problemlər yaratmamışdan əvvəl, qabaqdan gəlmişlik etmək və qəbuledilməz bəyanatlar səsləndirmək əvəzinə yaxşısı budur ki, öz ölkəsinin daxili problemlərinin həlli ilə məşğul olsun”.Dedi.
Xatırladaq ki, dekabrın 3-də jurnalistlərlə görüşən Ərdoğan, Rusiyanın oğlu Bilal Ərdoğanı İŞİD-lə əlaqədə olmaqda günahlandırmasını rədd edərək bu barədə Moskvadan başqa İrana da xəbərdarlıq etdiyini bildirib: “Bundan əvvəl İran televiziyası da belə bir addım ataraq bu barədə əks məlumatlar yaymışdı. Mən İran prezidentinə zəng vurub dedim ki, siz böyük səhvə yol verirsiniz və bu səhvi təkrar edəcəyiniz təqdirdə kəskin bir cavab alacaqsınız. Bu isə sizə çox baha başa gələcək. Bütün bunlar ağ yalan və böhtandan başqa bir şey deyil. Bundan başqa kiminsə ailəsini mediada müzakirəyə çıxarmaq müsəlmançılığa yaraşmayan bir hərəkətdir. Bu həm də əxlaq prinsiplərinə ziddi bir addımdır. Təəssüflər olsun ki,“təqiyyə” əsasında qurulan sistemlər bu kimi yalan və iftiralardan çox faydalanırlar”

İnterpress.az