İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, noyabrın 7-də Urmiyə şəhərində kanalizasiya xətlərində yanğın baş verib. Yanğının səbəbi ilə bağlı müxtəlif məlumatlar yayılıb. Bəzi mənbələr bunu təsadüfü bir hadisə, bəziləri isə yalnış idarəçiliklə əlaqələndirib.
Məlumata görə, Neft Şirkəti tərəfindən neft məhsullarının şəhərin kanalizasiya sisteminə buraxılması şəhərdə geniş əraziyə yayılan yanğına səbəb olub.
Urmiyə Bələdiyyəsinin Yanğınsöndürən Mərkəzinin müdiri bildirib ki, Xürrəmşəhr xiyabanında Qasimiyyə məscininin yanında kanalizasiya xətlərinə neft məhsulları buraxılıb və bunun nəticəsində yanğın əmələ gəlib.
Şad Quşçu, yanğın nəticəsində Peykan, Səmənd və bir yük maşınının yandığını da bildirib. Onun sözlərinə görə, hadisənin əsas səbəbləri araşdırılır.
Medianın yaydığı məlumatda bildirilir ki, bəzi məsullar yanğının 5 kilometrə qədər yayıldığını bildirilib, lakin bu inandırıcı deyil. Hadisə yerində olan bir jurnalist isə alovların hündürlüyünün 3 metrə çatdığını bildirib. Yanğın yayıldığı ərazilərdə mağaza malları, ağaclar və bir neçə maşını yanıb.
İnterpress.az