Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.
R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirlənidirilir. Hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdirilib.
Keçmiş icra başçısı barəsində olan ev dustaqlığı dəyişdirilərək haqqında həbs-qətimkan tədbiri seçilib. R.Alışov məhkəmə zalında həbs edilib.
Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.(qafqazinfo)
İnterpress.az