“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”backend

“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır” adlı layihənin rəhbəri Ayaz Əhmədzadə bildirib ki, Suraxanı rayonundakı 279 saylı tam orta məktəbdə keçirdiyimiz maarifləndirmə təlimi böyük maraq və diqqətlə qarşılanıb. Bir çox gənclər dövlətin və ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilsə də, rəsmi statistikalardan aydın olur ki, zərərli vərdişlərə aludə olan, bunun nəticəsində cinayət törədən gənclərın sayı çoxluq təşkil edir.

Ayaz Əhmədzadənin sözlərinə görə, Cəza çəkən gənclərin əksəriyyəti narkotik maddələrin istifadəsinə və sərxoş vəziyyətdə cinayət törətdiklərinə görə azadlıqdan məhrum edilir. Bəzi hallarda gənclərin qaydaları və qanunu pozmaqları qanunvericilikdə təsbit olunmuş hüquq və vəzifələrdən xəbərsiz olmaqları səbəbindən baş verir, nəticədə ciddi cəzalarla üzləşirlər. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq, biz gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliq olunması məqsədilə bu layihəni icra edirik. Biz layihə çərçivəsində həm də, zərərli vərdişləri inkar edən, gələcəyin zəkalı gəncləri ilə dialoqun, maariflənmənin, şəbəkələşmənin və əməkdaşlığın gücləndirilməsini nəzərdə tutmuşuq.

Tədbirdə iştirak edən həmin məktəbin direktoru, tanınmış ziyalı Oqtay Səmədov zərərli vərdişlərə qarşı yönəlmiş bu cür təşəbbüslərin gənc nəslin sağlam ruhda, sağlam əqidədə yetişməsi üçün yüksək qiymətləndirdiyini qeyd edib.

Təlim zamanı zərərli vərdişlərin qarşısının alınması məqsədi ilə müalicə və cəza tədbirləri barədə geniş məlumat verməklə yanaşı, iştirakçıların sualları cavablandırılıb, rəyləri və təşəbbüsləri müzakirə edilib.

“Sağlam vərdişlər sağlam gəncliyin əsasıdır”

İnterpress.az