Con Kirbi: “Dağlıq Qarabağda zorakılıq hallarının artması və ağır texnikadan istifadə qəbuledilməzdir”backend

Con Kirbi: “Dağlıq Qarabağda zorakılıq hallarının artması və ağır texnikadan istifadə qəbuledilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi mətbuat konfransında deyib. Onun sözlərinə görə, zorakılıq hallarının artması və ağır texnikadan istifadə qəbuledilməzdir: \”Biz tərəfləri ciddi şəkildə atəşkəs rejiminə əməl etməyə çağırırıq. Xatırlatmaq istəyirik ki, bu hücumlar Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə götürdükləri öhdəliyə uyğun gəlmir. Bu ilin sonuna kimi ATӘT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında növbəti görüş keçirməyi planlaşdırırlar. Biz tərəfləri zorakılıqdan çəkinmək və sammitin başa tutması üçün danışıqlar atmosferini inkişaf etdirmək sahəsində bütün addımları atmağa çağırırıq\”.

Con Kirbi Rusiya ilə Türkiyə arasında baş verən qalmaqalın Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxara biləcəyi haqda suala cavab olaraq deyib ki, onlar mənbənin haradan gəlməsindən asılı olmayaraq eskalasiyanın özündən narahatdır: \”Hər iki hadisədə biz gərginliyin aradan qaldırılmasının və soyuq başla düşünmənin tərəfdarıyıq. Biz zorakılıq hallarından narahatıq. Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında münasibətləri monitorinq edəcək və izləyəcəyik. Biz gərginliyin aradan qaldırılmasını istəyirik\”.

Interpress.az