İnterpress.az-ın təqdim etdiyi görüntülər 1939-cu ildə baş tutan toydan çəkilib.
Lakin cütlüyün evliliyi uzun çəkmiyib. Onlar 1945-də boşanıblar. Uzun ömür sürən şahzadə (1921-2013) daha sonra İsmayıl Şirin adlı misirli hərbiçi ilə ailə qurub. Gözəlliyinə görə “Asiya Venerası” adlanan qadın xatirələrində tez-tez Rza şahın adını sevgilə anıb.
Qeyd edək ki, Misir şahzadəsi Fövziyə bint Fuad Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olub. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyə Şirin kimi də tanınırdı.
Şahzadə Fövziyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi.
Şahzadə Fövziyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.
Interpress.azhttps://youtube.com/watch?v=oJs3kXBLMl4