İnterpress xəbər verir ki, apa-nın “vesti-ukr.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qilyanskaya məlumat verib.
O bildirib ki, əməliyat nəticəsində Ukraynanın bir neçə şəhərlərində fəaliyyət göstərən 2 Rusiya və 3 Ukrayna vətəndaşı saxlanılıb.
Əməliyyat nəticəsində yaralanan təhlükəsizlik xidməti əməkdaşlarından biri xəstəxanada dünyasını dəyişib.
Təxribatçı qrupun sığınacağı olan mənzildən isə partlayıcı maddələr, silah sursat , 2 mindən artıq patron və 40 mərmi aşkarlanaraq götürülüb.
İnterpress.az