Fondunun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,33% artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 164 730 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,19%-i (1 873 159 nəfər) kişi, 40,81%-i (1 291 571 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,07%-ni (793 363 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,17%-ni (669 940 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,48%-ni (648 249 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16%-ni (669 668 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 12,12%-ni (383 510 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
İnterpress.az