“Dünya Mətbuatından Özətlər”-də bu gün nələr var?backend

“Dünya Mətbuatından Özətlər”-də bu gün nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“azertag.az”. Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyevin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 9-da Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.
Lou Çincyan Prezident İlham Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirdi. “Siz görkəmli rəhbərsiniz”, – deyən qubernator Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğuladı. Rəhbərlik etdiyi vilayət ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışdı.

“turkiyehaberajansi.com”. Türkiyə

ABŞ Konsulluğu Bağlandı

ABŞ-ın İstanbul Baş Konsulluğu, \”mümkün bir təhlükəsizlik təhdidinə\” qarşı sabah Baş Konsulluğun bağlı olacağını bidirdi.
ABŞ Xarici İşlər Nazirliyinə bağlı Xaricdən Təhlükəsizlik Məşvərət Şurasından mühüm bir xəbərdarlıq gəlmiş və Şura, Amerika vətəndaşlarını ölkənin İstanbul Konsulluğundan uzaq durmaları yönündə xəbərdarlıq etmişdi.

“amerikaninsesi.org”. ABŞ

Con Kerri Suriya və Ukraynaya dair danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək

ABŞ Dövlət katibi Con Kerri Rusiya liderləri ilə Ukraynada vəziyyət və Suriyada siyasi böhranın həlli məsələlərini müzakirə etmək üçün gələn həftə Moskvaya səfər edəcəyini bildirib.
Con Kerri bu açıqlamanı Parisdə iqlim dəyişikliyinə dair konfrans çərçivəsində verərək, Rusiya prezidenti və xarici işlər naziri ilə görüşmək istədiyini deyib.

“bbc.com”. İngiltərə

Avstraliyada \”terror planlarına görə\” iki nəfər həbs edilib

Sidney polisi anti-terror əməliyyatı zamanı 15 və 20 yaşlı iki şəxsi həbs edib.
Onlar \”terror aktına hazırlıqla bağlı akt hazırlamaqda\” günahlandırılıblar, Federal Polis bildirib.
Həbslər Appleby əməliyyatı çərçivəsində ötən il müsadirə edilmiş materialda göstərilən sahə ilə bağlıdır.
2014-cü ilin sentyabrında baş tutan həmin əməliyyatda kəşfiyyatçılar islamçı ekstremistlərin Avstraliyada təsadüfi cinayətlər törətməyi planlaşdırdıqları haqda məlumatlar əldə edib.

“sputniknews.com”. Rusiya

Facebook qurucusundan müsəlmanlara önəmli mesaj

Mark Zuckerberg: Bilməyinizi istəyirəm ki, burada sizi həmişə gözləyirik və hüquqlarınızın müdafiəsi, sizin üçün dinc və təhlükəsiz mühit yaratmaq uğrunda mübarizə aparacağıq.
Facebook-un yaradıcısı və sahibi Mark Zuckerberg, ABŞ-da sosial təzyiqə məruz qalan müsəlmanlara dəstək çıxıb. O, bu barədə özünün facebook səhifəsində yazıb.
\”Bilməyinizi istəyirəm ki, burada sizi həmişə gözləyirik və hüquqlarınızın müdafiəsi, sizin üçün dinc və təhlükəsiz mühit yaratmaq uğrunda mübarizə aparacağıq\”, deyə Zuckerberg bildirib.

”DW.com”. Alman radiosu

ABŞ-a vizasız girişlər çətinləşir
ABŞ-da Nümayəndələr Məclisi vizasız səyahəti məhdudlaşdırmağı təsdiq edib. Layihə, Senatdan da keçəndən sonra qüvvəyə minəcək.

“aljazeera.com”. Qətər

Türk əsgərini İbadi istədi

“Al-Jazeera”-yə müsahibə verən prezident Ərdoğan, Başika şəhərciyindəki Türk əsgərlərinin İraqın Baş Naziri İbadinin 2014-cü ildəki tələbi üzərinə getdiyini söylədi. Ərdoğan, Bağdad və Tehran rəhbərliklərini də məzhəbçi siyasətlər yeritməklə günahlandırdı.
Prezident Ərdoğan, “Al-Jazeera”-nin Ərəbcə kanalına verdiyi müsahibədə, Başika şəhərciyindəki Türk əsgərləri bağlı İraqla yaşanan gərginliyə toxunub. Ərdoğan, əsgərlərin 2014-ci ildə İraq Baş Naziri Heydər İbadinin istəyi üzərinə Başika düşərgəsinə göndərildiyini deyib.

“IRIB Azeri Tabriz Radio”.İran

İraqçı: MAQATE-nin baxışları keçmişdən gələcəyə doğru dəyişmiş olacaq

Nüvə anlaşmasının icrasına nəzarət qərargahının sədri deyib: 5+1 qrupunun İranın nüvə işi ilə bağlı qətnaməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baxışını keçmişdən gələcəyə doğru dəyişmiş olacaq.

“sana.sy”. Səna Ərəb Xəbər Agentliyi. Suriya

Türkiyədəki Terrorçular Rusiyanın Təhlükəsizliyini Təhdid Edir
Rusiya Federal Məclisi Sədri Valentina Matvienko Rusiyanın Suriyaya terrorçu axınına son qoymaq üçün Suriya – Türkiyə sərhədlərinin bağlanması istiqamətindəki beynəlxalq səylərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Matvienko bu gün mətbuata və RT veb saytına verdiyi açıqlamalarında; Suriya – Türkiyə sərhədlərinin bağlanması səylərinə Rusiyanın qeyd-şərtsiz əməkdaşlığa hazır olduğunu ifadə edərkən, Moskvanın bu məsələdə maraqlı tərəflərlə bir sıra təklif və ideya müzakirə etməkdə olduğunu bildirib.

“rudaw.net”. İraq

Türk bayrağını yandırdılar

Türk əsgərlərinin Mosul Başika bölgəsində yerləşdirilməsinə reaksiya olaraq, İraqın paytaxtı Bağdadda Türk bayrağı yandırıldı.
Dünən sosial mediayada yayılan videoda, paytaxt Bağdadda bir qrup gəncin, Türk bayrağı ilə Türk rəsmilərinin fotoşəkilinə benzin töküb yandırdığı görünür.
Gənclər, Türk bayraqlarını yerə sərib, üzərində yeriyir.

“CRI turkish.cri.cn”. Çin Beynəlxalq Radiosu. ÇİN

Dünya İnternet Konfransı Zejianqda keçiriləcək

Dünya İnternet Konfransı, Çinin cənub-şərqində yerləşən Zejianq əyalətinin Vuzen qəsəbəsində 16-18 dekabr günləri arasında keçiriləcək.
Çin Prezidenti Xi Jinpinq, konfransın açılışında çıxış edəcək.
Çin Milli İnternet İnformasiya Ofisinin Rəhbəri Lu Vei , bu gün keçirilən mətbuat konfransında konfrans haqqında məlumat verib.

“filistinhaber.com”. Fələstin İnformasiya Mərkəzi. Fələstin

Qəzza Müharibəsi İsrail Cəmiyyətinin 25 faizni Kasıblıq Həddinə Gətirdi

Fələstin İnformasiya Mərkəzi
İsraildə nəşr olunan hesabatlar, işğal rejimi İsraildə daha əvvəl görülməmiş dərəcədə kasıb sayının artdığını ortaya qoydu. Mənbələr bunun arxasında işğal rejiminin Qəzzaya qarşı apardığı döyüşlərdə gördüyü zərərlərin yatdığını qeyd edir.

“euronews.com”. Fransa

Fransa terror maliyyələşdirmənin qurudulmasını istəyir

Avropa maliyyə nazirləri terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məsələsini müzakirə etdi. Fransa üzv ölkələrdən məsələ ilə bağlı daha sürətli addımlar atılmasını istədi. Nazirlər pul köçürmələrini izləmək məqsədilə maliyyə kəşfiyyat təşkilatlarını gücləndirmək qərarı aldı. İclasda terrorçuların maddi varlıqlarının dondurulması da müzakirə olunub. Fransa Maliyyə Naziri Mişel Sapin maddi imkanlarının dondurulmasına qarşı sahənin genişləndirilməsi lazım olduğunu söylədi:
\”Mənzillər, binalar, avadanlıqlar və xidmətlər gəlir ağlıma. Bəzi Avropa ölkələrində müəyyən insanlara gördükləri işlərə görə ödənişlər edilir. Bu da bilavasitə bu insanların terror fəaliyyətlərini maliyyələşdirmiş olur\”.

İnterpress.az