Bunu Çexiya prezidenti Miloş Zeman ölkənin şimalında seçicilərlə görüşü zamanı deyib.
Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin vacibliyini vurğulayan M. Zeman Brüsselin Ankaraya 3 milyard avro yardım ayırmasını pisləyib.
“Eyni dindən olduqları üçün Türkiyənin suriyalı qaçqınları təmin etmək imkanı var”, – deyə Çexiya prezident qeyd edib.
Sonda M. Zeman dediklərinə görə Türkiyə səfirindən etiraz notası gözlədiyini də diqqətə çatdırıb.(apa)
İnterpress.az