Türk bayrağını yandırdılar – VİDEObackend

Türk bayrağını yandırdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünən sosial mediayada yayılan videoda, paytaxt Bağdadda bir qrup gəncin, Türk bayrağı ilə Türk rəsmilərinin fotoşəkilinə benzin töküb yandırdığı görünür.

Gənclər, Türk bayraqlarını yerə sərib, üzərində yeriyir.

Digər tərəfdən, Bağdad Vilayət Məclisi əvvəlki gün keçirilən səsvermədə, Türk mallarının şəhərə idxalını və Türk firmaları ilə müqavilə bağlanmasını qadağan etmişdi.

Musənna Rayon Məclisi Sədrinin Müavini Haris Lemhud isə, ölkə suverenliyinin pozulması və bu səbəblə də, bir çox rayonda Türk mallarının boykot edildiyini bildirmişdi.

Haris Lemhud, İraq ilə Türkiyə arasında yaşanan bu gərginlikdən dolayı ölkədə olan Türk firmaların müqavilələrini ləğv edəcəklərini bildirmişdi.

İnterpress.az