Hücum sonrası təhlükəsizlik qüvvələri və əsgərlərin bölgəyə getdiyi və Taliban silahlıları ilə toqquşmaya girdiyi bildirildi.
Təxminən 20 saat davam edən toqquşmalarda, yaraqlıların bir qisminin ətraf binalarda gizlənərək hava limanındakı NATO və Əfqan qüvvələrinin yerləşdiyi hərbi məntəqələrə hücum etdiyi ifadə edildi.
Gedən döyüşlərdə isə bu ana qədər 9 silahlının öldürüldüyü bildirildi.
Hücumda içində mülki şəxslərin də olduğu ən az 37 adamın həyatını itirdiyi, 35 nəfərin isə yaralandığı ifadə edildi.
Digər tərəfdən, Taliban Sözçüsü Zabiulla Mücahid, verdiyi yazılı açıqlamada, hücumun məsuliyyətini üzərinə götürərkən, onlarla əsgərin öldüyünü iddia edib.
Vətəndaşlara hücum etməyi düşünmədiklərini iddia edən Mücahid, hava limanındakı hücumun ardından Əfqan təhlükəsizlik qüvvələrinin narahat olduğu və fosforlu silah istifadə etdiklərini irəli sürdü.
Taliban sözçüsü, ölən vətəndaşlara görə təşkilatın məsuliyyət daşımadığını deyib.
İnterpress.az