Dünən Bakının Xətai rayonunda intihara cəhd olub.
Interpress.az xəbər verir ki, bu barədə haqqin.az-a Xətai rayon Polis İdarəsindən bildiriblər.
Belə ki, təxminən saat 21.30 radələrində 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü Mehmandarov küçəsində yerləşən 2 saylı doqquzmərtəbəli evin 4-cü mərtəbəsindən atıb.
Hal-hazırda qız Azərsu xəstəxanasındadır. Xəstənin vəziyyəti kritikdir.
İlkin məlumata görə, Aşurovanın belə kəskin addımına səbəb sevgilisini qısqanması olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Interpress.az