İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Prezidenti Rivlin ölkəsinin ABŞ-dan daha böyük bir dostu olmadığını qeyd edib. Obamanın prezidentliyi dövründəki illər ərzində İsrailə qarşı maliyyə, diplomatiya və hərbi sahədə yardımları üçün təşəkkür edən Rivlin, Obamanın harada və nə cür olursa-olsun, ekstremizmlə mübarizə qərarından məmnuniyyət duyduqlarını dilə gətirdi. ABŞ-da Respublikaçıların namizədi Donald Trampın Müsəlmanların ölkəyə buraxılmaması barədə dediyi sözlərinə istinad edən Rivlin, \”İslamla müharibədə deyilik. İnancları, dünyadakı bütün məsum insanları təhdid edənlərə qarşı döyüşürük\” ifadələrini istifadə etdi.
İnterpress.az