Yoxlamanın universitetdəki neqativ hallarla bağlı nazirliyiə daxil olan siqnallar əsasında təşkil edildiyi vurğulanıb və bildirilib ki, bu yoxlama ilə rektor olduğu illərdə deputat Səməd Seyidovun korrupsiya hallarına yol verməsi araşdırılır.
İnterpress xəbər verir ki, məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, bu proses nazirlikdə təsdiqlənən qrafik üzrə həyata keçirilir:
“Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 saylı qərarının 1.2-ci bəndinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunan dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır. Eyni zamanda təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.
Həmin qərarın 2.1-ci bəndinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçirilir. Bu proses də nazirlikdə təsdiqlənən qrafik üzrə həyata keçirilir”.
İnterpress.az