Cahangir Hacıyev “Bandotdel”i məhkəməyə verdibackend

Cahangir Hacıyev “Bandotdel”i məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumat verən Cahangir Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, Cahangir Hacıyevin barəsində həbs-qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq, o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır: “Qanunvericiliyə görə, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddiaərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik”.

Vəkil Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında Nərimanov Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarından apellyasiya şikayəti verdikləri, şikayətə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacağını da deyib.

Nərimanov Məhkəməsinin qərarı ilə Cahangir Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.(apa)

Interpress.az