Axtarışların miqyası genişləndirildi – 8 helikopter və 9 gəmibackend

Axtarışların miqyası genişləndirildi – 8 helikopter və 9 gəmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.az- a “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, itkin düşən 23 nəfərin, həmçinin “Neft Daşları”nın 3 əməkdaşının axtarışlarının miqyası artırılıb: “Hazırda axtarışların miqyası genişləndirilib. Axtarışlar bütün sərhədboyu ərazilərdə aparılır. Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışlar aparır. Amma hələ ki, axtarışlar heç bir nəticə verməyib\”.

Birlikdən hələ də yanğını söndürməyin mümkün olmadığını bildiriblər: “Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur\”.

Interpress.az