İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, Meşginşəhrdən (Xiyav) əldə edilən məlumata görə, azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri sərbəst buraxılıb.
A.Zakiri Güney Azərbaycanda noyabrın 9-dan başlayan etiraz aksiyalarında tutulan fəallardan biridir. O 2014-cü il avqustun 15-də bir neçə fəalla birlikdə Savalan dağına gedərkən yaxalanıb və qısa müddət saxlanılıb. Fəal həmçinin ötən il Dünya Ana Dili Günü tutulub və 20 gündən çox saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Interpress.az