\”Report\” \”RİA Novosti\”yə istinadən xəbər verir ki, bunu Dağıstanın daxili işlər naziri Əbdürrəşid Məhəmmədov Dağıstan Universitetinin tələbələri ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, bu günə olan məlumata əsasən, Suriyadakı cinayətkar dəstələrin sırasında 900-ə yaxın dağıstanlı var: \”Onların bəziləri ailələrini, azyaşlı uşaqlarını özləri ilə aparıb. Həmin şəxslər barəsində federal axtarış elan olunub\”.
Ə.Məhəmmədov respublika ərazisində ciddi cinayətkar dəstələrin gizli fəaliyyət göstərdiyini də söyləyib: \”Əsas gərginlik ocaqları Cənubi Dağıstanın Şamil, Xunax, Qunib, Tsumadin və Tsntin dağlıq rayonlarındadır\”.
Interpress.az